Şəxsi kabinet

Bəclər

Laminasiya olunmuş bəclər


Bəc məxsus oldugu səxs haqqında informasiya daşıyıcısı hesab olunan kartdır. Onun üzərində şəxsı və iş haqqında məlumatlar, loqo, fotoşəkil yerləşdirilə bilər. Bəclər müxtəlif tədbirlərdə, şirkət daxilində, konfranslarda, sərgilərdə geniş istifadə olunur. Bəcin hazırlanma qaydasına əsasən kağız üzərində çap olunmuş məlumat imza və möhürlənməsi üçün sifarışçiyə təqdim olunur (kartların maketi üzərində möhür və ya imzanız olduğu halda, şirkətiniz onların istifadəsinə dair rəsmi icazə məktubu təqdim etməlidir). Daha sonra isə laminasiya olunaraq kənarları (ehtiyac olarsa) kəsilir. Lanyard və ya zəncir üçün bəcin yuxarı hissəsində dəlik açılır. Yaxaya bərkidilmənin isə maqnit və ya sıxac (klips) bəcin arxa hissəsinə yapışdırılır. Laminasiya olunmuş bəcin hazırlanma müddəti dizayn hazır olduğu halda sayından asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.